Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114468
az

Şəmkirli məşhur iş adamı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılıb - DETALLAR

14:3516 İyul, 2024
825
ÖZƏL BÖLÜM
  • A

Şəmkirdən olan iş adamı İbadət Məhərrəmov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılıb.

 

Oxu24.com   saytının əldə etdiyi məlumata görə, iş adamı müstəntiq Azər Kazımov tərəfindən  dindirilib.

Fotoda iş adamı İbadət Məhərrəmov

 

Məlumata görə, iş  adamından şikayəti  Ağstafa rayonu, Köçəsgər  kənd  sakini  Mehman  Məmmədov  edib.

 

 İddiaya görə, iş  adamı  İbadət  Məhərrəmov  Mehman Məmmədovun həbsdə olan oğlunun azadlığa buraxılmasına  yardımçı  olmaq  məqsədi  ilə  ondan  pul alıb.

 

Fotoda - Şikayətçi Mehman Məmmədov 

 

Mehman Məmmədovun  iddiasına görə, bu  işin həyata keçirilməsi məqsədi ilə müxtəlif dövrlərdə  İbadət Məhərrəmova  58 min  manat  və  4500  ABŞ dolları məbləğində  pul verib. 

 

Həmçinin bu işlə bağlı pulun verilməsində vasitəçi olduğu iddia edilən şəxs Ələsgər Cabbarov da dindirilib.

 

Ələsgər Cabbarov

 

Qeyd edək ki, mediada tərəflərin pul müzakirəsinə dair səs yazıları yayılmışdı.

 

Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən iş adamı İbadət Məhərrəmovun vəkili Bəxtiyar Muradlı məlumatı təsdiqləyib.

 

“İbadət müəllim qanuna uyğun olaraq Prokurorluqda izahatını verib”,-deyə vəkil açıqlamasında bildirib.

 

(Vəkil Bəxtiyar Muradov)

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmkirli məşhur iş adamı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılıb - DETALLAR
"Semaşko"da şok hadisə: "Əkiz" uşaqlardan biri "yoxa çıxdı" (FOTO+VİDEO)
"Murov Qartalı" Raquf Orucov - Komandirsiz keçirilən doğum günü

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Polis 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxsləri saxladı - VİDEO