ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp dövlət başçısı seçiləcəyi təqdirdə Ukrayna və Rusiya arasındakı münaqişədə “dərhal” sülh vasitəçisi kimi çıxış etməyə hazırdır.
Oxu24.com xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqı liderlərinə ünvanladığı məktubda bildirib.
Məktub Avropa Şurasının prezidenti Şarl Mişelə ünvanlanıb və bütün Aİ liderlərinin diqqətinə çatdırılıb. Agentlik qeyd edir ki, bu, Orbanın Donald Trampla, eləcə də Ukrayna, Rusiya və Çin liderləri ilə danışıqlarından sonra hazırlanıb.
“Mən əminliklə deyə bilərəm ki, seçkilərdə qələbə qazandıqdan sonra o, inauqurasiyasını gözləməyəcək, (Tramp) dərhal sülh vasitəçisi kimi çıxış etməyə hazır olacaq. Onun bununla bağlı ətraflı və əsaslı planları var”, - Macarıstanın baş nazirinin məktubunda deyilir.
Bundan əvvəl ABŞ Respublikaçılar Partiyası etiraf etmişdi ki, Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlsə, Ukrayna ilə bağlı danışıqlara başlayacaq.
Daha əvvəl politoloq Orbanın “sülh missiyasının” uğurunun nədən asılı olacağını açıqlamışdı.
Nigar
Oxu24.com
ŞƏRHLƏR