Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114418
az

Otellər kəskin bahalaşdı, yerlər isə bomboşdur…

23:1415 İyul, 2024
130
CƏMİYYƏT
  • A

Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 3 ulduzlu otellərdə bir gecə qalmaq üçün orta qiymət 82,7 manat təşkil edib, bu, keçən ilin eyni dövrü ilə müqaisədə 26,4%; 4 ulduzlu ootellərdə bir gecə qalmaq üçün orta qiymət 118,2 manat olub, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,3%, 5 ulduzlu otellərdə bir gecə qalmaq üçün orta qiymət 226,8 manat təşkil edib, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,1% bahalaşma deməkdir.

OXU24.COM  xəbər verir ki, bu barədə rəsmi statistikanı Natiq Cəfərli paylaşıb.

O bildirib ki, otellərdə 1 ildə təxminən 30% bahalaşma olub:

"Qəribəsi isə odur ki, qiymətlər kəskin artıb, amma rəsmi rəqəmlərə görə, otellərin doluluq səviyyəsi çox aşağıdır. Bu ilin 1-ci rübündə (2-ci rüb məlumatları yoxdur) Azərbaycan üzrə bütün otellərdə nömrələrin 82%-i boş qalıb! Doluluq səviyyəsi ölkə üzrə cəmi 18% olub!"

Ekspert bildirib ki, əgər rəsmi rəqəmlər doğrudursa, əslində qiymətlər aşağı düşməli idi, çünki otellər yerlərin dolmasını təmin etmək üçün qiymətləri salmalı idilər.

Onun fikrincə, qiymət artımı otellərin dolması, ancaq rəsmiləşdirilməməsi ehtimalını yaradır ki, buna dövlət qurumlarının biganə qalma səbəbləri aydınlaşdırılmalıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü təyin edildi -MƏBLƏĞ
Yanvarın 16-da səmada qeyri-adi hadisə olacaq
Yeni informasiya sistemi yaradıldı - REİS

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Faciəli şəkildə öldü