Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114406
az

Belarus Latviyanın yeni qadağasını insanlara zərbə adlandırır

22:3515 İyul, 2024
131
DÜNYA
  • A

Latviyanın Belarus nömrəli avtomobillərin ölkəyə girişinə qadağa qoyması sadə insanlara zərbədir.

Oxu24.com  xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Anatoli Qlaz bildirib.

“Latviya hakimiyyəti həqiqətən 16 iyul 2024-cü il saat 00:00-dan Belarus dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişini və idxalını qadağan etmək qərarına gəlib. Bu, sadə insanlara zərbədir”, - deyə o bildirib.

Qlaz qeyd edib ki, bundan ilk növbədə qarışıq ailələr, qohumlarını ziyarət edən iki ölkə vətəndaşları, uşaqlı turistlər və səyahətçilər əziyyət çəkəcək. O, Latviyanın bu qərarını qeyri-insani adlandırıb. Onun sözlərinə görə, bunun praktiki mənası və hüquqi əsası yoxdur.

İyulun 15-də Latviya hakimiyyəti Belarus dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişini qadağan etmək qərarına gəlib. Aydınlaşdırılıb ki, avtomobilin sahibi getmək istədiyi ölkəyə qayıtmaqdan imtina edərsə, o zaman avtomobili müsadirə oluna bilər. Lakin məhdudiyyət rəsmi nümayəndə heyətlərinin avtomobillərinə şamil edilmir.

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Parisdə Fransanın müstəmləkəçilik siyasətinə qarşı aksiya keçirilib
Türkiyənin Suriyadakı səfirliyi 12 ildən sonra fəaliyyətini bərpa edib
Macarıstanın Parisdəki səfirliyində terror aktı təhdidi barədə axtarışlara başlanılıb

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu