Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114395
az

İsrail Suriya-Livan sərhədində Hizbullahın avtomobilini vurub

20:0215 İyul, 2024
158
DÜNYA
  • A

İsrail Müdafiə Qüvvələrinə (IDF) aid pilotsuz uçan aparat Suriya-Livan sərhədində şiə Hizbullah təşkilatının üzvlərinin olduğu avtomobilə hücum edib.

 

Oxu24.com  xəbər verir ki, bu barədə “Al Jadeed” telekanalı məlumat yayıb.

 

Jurnalistlərin məlumatına görə, pilotsuz təyyarənin zərbəsi nəticəsində avtomobil yanıb. Həkimlər Hizbullah döyüşçülərindən heç birini xilas edə bilməyiblər.

 

İyulun 15-nə keçən gecə İsrail artilleriyası Livanın cənubundakı Mərcayun şəhərində istilik elektrik stansiyasını (İES) atəşə tutub. Électricité du Liban enerji şirkətinin məlumatına görə, hücumdan sonra istilik elektrik stansiyası fəaliyyətini dayandırıb. Əlavə ediblər ki, obyektə dəyən mərmilər ciddi ziyan vurub.

Livan parlamentinin üzvü Kassem Haşemin sözlərinə görə, istilik elektrik stansiyalarının sıradan çıxarılması nəticəsində ölkənin cənubunda içməli su verən su nasos stansiyaları dayandırılıb.

İyulun 10-da İsrail Hərbi Hava Qüvvələri Kfarkela bölgəsində Hizbullahın silah anbarına hücum edib.

 

 

Miri

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cənubi Koreya ABŞ-dan APEC tədbirlərində iştirakını tələb edir
ABŞ Suriya ilə bağlı mövqeyini açıqladı
İran səfiri Fransa XİN-ə çağırıldı

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Faciəli şəkildə öldü