Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə respublika rəhbərliyinə seçilməsinin 55 illiyi münasibətilə və ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Müdafiə Nazirliyinin yüksəkrütbəli hərbi qulluqçuları birgə tədbir keçiriblər.
Hərbi Prokurorluğun mətbuat xidmətindən Oxu24.com-a bildiriblər ki, Xankəndidə yerləşən hərbi hissələrdən birində təşkil edilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə general-mayor Bilal Çompuzov, Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri baş ədliyyə müşaviri Firad Əliyev, Hərbi prokurorun böyük köməkçisi ədliyyə müşaviri İsmayıl Əliyev, Tərtər hərbi prokuroru ədliyyə polkovniki Emin Vəliyev və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətləri barədə danışıblar. Onlar Ümummilli Liderin Azərbaycanın parlaq gələcəyinə hesablanan mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizdə həyata keçirilən köklü islahatlar, bütün sahələrdə qazanılan uğurlar, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşdırılması, eləcə də ətraf mühitin daha da sağlamlaşdırılması və etibarlı şəkildə qorunmasından bəhs ediblər.
Tədbirdə ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələbləri, hüquq və vəzifələr, həmçinin ekoloji qanun pozuntuları, ekoloji cinayətlər və məsuliyyət barədə müzakirələr aparılıb. Bundan başqa hüquqi-maarifləndirici məzmunlu çıxışlar olub, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb, eləcə də onların qayğı və problemləri ilə maraqlanılıb.
Sonra prokurorluğun əməkdaşları və nazirliyin hərbi qulluqçuları birgə ağaclar əkiblər.
Oxu24.com
ŞƏRHLƏR