Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Kataloniya “Barselona”sının və İspaniya millisinin hücumçusu Lamin Yamalı 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının ən yaxşı gənc futbolçusu elan edib.
Oxu24.com xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
İspaniya yığmasının qələbəsi ilə başa çatan turnirdə 17 yaşlı futbolçu bir qol vurub, dörd məhsuldar ötürmə edib.
İngiltərə ilə final matçı 2:1 hesabı ilə başa çatıb. Matçın 47-ci dəqiqəsində İspaniya hesabı açıb, Niko Uilyams Lamin Yamalın ötürməsindən fərqlənib. İngiltərə 73-cü dəqiqədə hesabı bərabərləşdirməyə müvəffəq olub, qolu Cole Palmer vurub, assistenti Jude Bellinqhem olub. Turnirdə İspaniyaya qələbəni Mikel Oyarzabalın qolu və Mark Kukurellanın məhsuldar ötürməsi gətirib.
Bundan əvvəl İspaniyanın Avropa çempionatında qələbələrin sayına görə rekorda imza atdığı bildirilirdi.
Miri
Oxu24.com
ŞƏRHLƏR