Sabahdan "Aİ-95" markalı avtomobil benzini 40 qəpik ucuzlaşacaq.
Bu barədə Publika.az-a SOCAR-dan məlumat verilib.
Məlumata görə, görülmüş işlər nəticəsində NEZ-də istehsal olunan "Aİ-92" və "Aİ-95" markalı avtomobil benzinləri artıq Avro-5 standartlarına çatdırılıb.
Bildirilib ki, 2014-cü ildən hazırkı vaxtadək ölkədaxili tələbatı beynəlxalq qiymətlərlə idxal hesabına təmin olunan "Aİ-95" markalı avtomobil benzin daxili istehsal hesabına təmin ediləcək.
"Avro-5" keyfiyyət göstəricilərinə uyğun daxili istehsal olunan "Aİ-95" markalı avtomobil benzininin 1 litrinin qiymətinin 15 iyul 2024-cü il tarixindən bazarın konyukturasına uyğun olaraq, 40 qəpik ucuzlaşaraq 1.60 manat olması nəzərdə tutulub.
Oxu24.com
ŞƏRHLƏR