Ukrayna üç ölkə ilə təhlükəsizlik zəmanət ilə bağlı yeni sazişlər imzalamağı planlaşdırır.
OXU24.COM xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.
Ölkə başçısının sözlərinə görə, onlardan ikisi üzərində artıq iş aparılır.
Zelenski xatırladıb ki, son günlər Ukrayna Polşa, Lüksemburq və Rumıniya ilə təhlükəsizlik zəmanətləri haqqında sazişlər imzalayıb.
"İndi isə komanda yeni sənədlər üzərində işləyir - Çexiya, Sloveniya ilə razılaşmalar olacaq və İrlandiyanın Baş naziri ilə görüşdən sonra saziş hazırlamaq qərarına gəldik", - deyə Zelenski qeyd edib.
Oxu24.com
ŞƏRHLƏR