Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114350
az

Türkiyədə bu il neçə zəlzələ baş verib? - Rəqəmlər şok etdi

14:4414 İyul, 2024
212
CƏMİYYƏT
  • A

Türkiyədə cari ilin ilk yarısında 17 min 343 zəlzələ baş verib.

OXU24.COM  xəbər verir ki, bu barədə Qazi Universitetinin təbii fəlakətlərin idarəolunması üzrə mütəxəssisi, Dos. Dr. Bülent Özmen məlumat verib.

O, statistik göstəriciləri açıqlayıb:

"2024-cü ilin ilk 6 ayında (1 yanvar - 30 iyun) 94-ü 4,0-4,9; 5-i isə 5,0-5,9 bal gücündə olmaqla ümumilikdə 17 min 343 zəlzələ qeydə alınıb. Bu zəlzələlərin 3 409-u yanvar, 3 207-si fevral, 3 017-si mart, 2 697-si aprel, 2 730-u may, 2 283-ü isə iyunda baş verib.

Bu məlumatlara görə, ən çox zəlzələ yanvar və fevral aylarında müşahidə olunub".

Bülent Özmen qeyd edib ki, ölkədə gündə orta hesabla 95 zəlzələ olub: “Bu zəlzələlər nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb”.

O, ilin ilk 6 ayında baş verən ən böyük zəlzələdən də danışıb:

"Aprelin 18-də Sulusaray-Tokatda baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində 5 nəfər yaralanıb, 20 ev və 2 minarə dağılıb, 283 binaya ziyan dəyib".

Mütəxəssisin sözlərinə görə, ən çox zəlzələ (3 078) Malatyada meydana gəlib: "Bu vilayəti 2 599 zəlzələ ilə Kahramanmaraş, 1 153 zəlzələ ilə Muğla, 1000 zəlzələ ilə İzmir, 814 zəlzələ ilə Adıyaman və 645 zəlzələ ilə Çanaqqala izləyib".

Oxu24.com

ŞƏRHLƏR

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb