Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114337
az

Paşinyan Blinkenin müavini ilə sülh prosesini müzakirə etdi

23:5013 İyul, 2024
242
SİYASƏT
  • A

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin müavini Uzra Zeyanı qəbul edib.

OXU24.COM xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

"Baş nazir xanım Zeyanın səfərini alqışladı və Ermənistan-ABŞ çoxsahəli əməkdaşlığının ardıcıl inkişafının vacibliyini vurğuladı. Nikol Paşinyan ikitərəfli əməkdaşlıq kontekstində ölkəmizdə demokratik islahatların, xüsusilə ədalət mühakiməsi, korrupsiyaya qarşı mübarizə, effektiv idarəçilik, dövlət xidmətləri, polis və digər sahələrdə səmərəli təşviqdə ABŞ-ın davamlı dəstəyini vurğulayıb. Baş nazir qeyd edib ki, demokratiyanın inkişafı Ermənistan hökuməti üçün strateji və prioritet əhəmiyyət kəsb edir.

Söhbət zamanı Ermənistan və Azərbaycan arasında sülh prosesinə də istinad edilib. Dövlət katibinin müavini vurğulayıb ki, Birləşmiş Ştatlar bundan sonra da iki ölkə arasında həqiqi sülhün bərqərar olmasına, regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə verəcək", - məlumatda deyilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp Putinlə görüşə bilər -Hazırlıq gedir
İran səfiri Fransa XİN-ə çağırıldı
Aİ və Aİİ arasında qalan İrəvan – Paşinyan Brüsselin çətiri altına girir

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb