Stilist Anar Ağakişiyev dələduzluğa məruz qalıb.
OXU24.COM xəbər verir ki, bu barədə Anar "Səni axtarıram" verilişinə danışıb. O bildirib ki, xaricdə iş qurmaq istəyərkən iki şəxs tərəfindən aldadılıb:
"Xaricdə şirkət, iş qurmaq istədim. İstədim xeyri də bizimkilər qazansın. İki bəylə tanış oldum. Adlarını çəkməyəcəyəm, hələ istəmirəm. Hazırda iş Xəzər rayon Prokurorluğunda araşdırmadadır. Sadəcə hər bir övladın məsuliyyətini valideyini daşıyır. Mən bilirəm ki, Azərbaycanda da kənarda da sizi izləyirlər. Sizin proqramınız vasitəsilə onların valideynlərinə müraciət etmək istəyirəm. Çox yüksək məbləğ alıblar. Biz bir il öncə tanış olmuşuq. Macarıstanda yaşayırlar. Burada əlavə bir işləri var. Hətta onların ikinci işi azərbaycanlı gəncləri xaricə oxumağa yollamaqdır. Nə qədər qanunidir, ya deyil, bunu yalan demiş olaram. Mənim onlarda sənədlərim qalıb. Onları tələb edirəm. Əgər məsələ dərinə getsə, lazım olmayan məqamlar ortaya çıxa bilər. Deməyim odur ki, həftə sonuna qədər mənə məxsus sənədləri verməsələr, öz hüquqşünasımla gəlib adlarını açıqlayacağam. Mən iki aydır gözləyirəm. Valideynləri Xəzər rayonunda qalırlar, qonşudurlar".
Oxu24.com
ŞƏRHLƏR