ABŞ prezidenti Co Bayden sosial şəbəkələrdə yazıb ki, İsrail və HƏMAS Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşmanın ümumi çərçivəsi barədə razılığa gəliblər, lakin iş hələ başa çatmayıb.
"İş bitməyib və çətin suallarla üzləşirik, lakin həm İsrail, həm də Həmas ortaq çərçivə üzərində razılığa gəliblər" deyə o yazıb.
Mayın sonunda Bayden Qəzza zolağında üç mərhələdən ibarət atəşkəs planı təklif etdi. Birincisi, atəşkəsin yaradılmasını, yüzlərlə fələstinli əsir müqabilində bəzi israilli girovların azad edilməsini, humanitar yardımın həcminin artırılmasını və hərbi əməliyyatların qeyri-müəyyən müddətə dayandırılması ilə bağlı danışıqlara başlanılmasını nəzərdə tutur.
İkinci mərhələdə İsrail Qəzzadan bütün qüvvələrini çıxarmalı, Fələstinli qruplar isə qalan girovları azad etməlidir. Üçüncü mərhələ beynəlxalq ictimaiyyətin dəstəyi ilə Qəzza zolağının bərpası planının icrasına başlanılmasını nəzərdə tutur.
Miri
ŞƏRHLƏR