İraqın şimalında “Pençe-Kilit” əməliyyatı bölgəsində daha bir Türkiyə hərbçisi şəhid olub, biri isə yaralanıb
OXU24.COM xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Türkiyə ordusunun baş çavuşu Bahadır Rıdvan Talay separatçı terror təşkilatı üzvlərinin əvvəlcədən yerləşdirdiyi əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olub.
Bildirilib ki, yaralı hərbçi dərhal xəstəxanaya çatdırılıb və müalicəsinə başlanılıb.
Oxu24.com
ŞƏRHLƏR