Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114270
az

Scholz Almaniyanın Rheinmetall şirkətinin rəhbərinə sui-qəsd planlarını şərh etməyib

14:4112 İyul, 2024
154
  • A

Almaniya kansleri Olaf Şolz böyük alman silah şirkəti Rheinmetall-ın baş direktoru Armin Pappergerə qarşı sui-qəsdin qarşısının alınması ilə bağlı mətbuatda yayılan xəbərləri şərh etməyib.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Reuters  məlumat yayıb.

 

"Rheinmetall-ın baş direktoruna sui-qəsd planı barədə məlumat verməyəcəyəm",deyə  Şolz  bildirib.

 

İyulun 11-də CNN telekanalı Amerika və Almaniyanın xüsusi xidmət orqanlarının Rheinmetall şirkətinin baş direktoruna Rusiya tərəfindən planlaşdırılan sui-qəsdin qarşısını aldığını bildirib.

 

İyulun 12-də Kremlin sözçüsü Dmitri Peskov brifinqdə deyib ki, CNN-in məlumatında “heç bir ciddi arqument” yoxdur və “bəzi anonim mənbələrə” əsaslanır.

 

Onun sözlərinə görə, bütün bunlar “daha ​​bir saxtakarlıq” üslubunda təqdim olunur, ona görə də bu bəyanatı ciddi qəbul etmək olmaz.

 

Bundan əvvəl Rheinmetall-ın rəhbəri qarşısı alınmış sui-qəsdlə bağlı məlumatdan sonra özünü xoşbəxt adam adlandırmışdı.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

22 ədəd “Starlink” mini peyki orbitə çıxarıldı
ABŞ xəzinədarlığı fırıldaqçılara və terrorçulara ödəniş edib - Mask
Komediya ustası vəfat edib

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi