Moskva Ermənistan və Belarus arasında münasibətlərdə mövcud mürəkkəb dövrün “tezliklə başa çatmasını” təmin etməkdə “maraqlıdır”.
Oxu24.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
"Belarus prezidenti Aleksandr Lukaşenko Minskin sabit və təhlükəsiz Cənubi Qafqazda maraqlı olduğunu həmişə vurğulayırdı. Ən çətin anlarda belə Belarus liderinin təşəbbüsləri xüsusi olaraq müharibə edən tərəfləri barışdırmağa yönəlmişdi", - Qaluzin jurnalistlərə deyib.
Onun sözlərinə görə, Rusiya Federasiyası "müvəqqəti fikir ayrılıqlarının ümumi inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyətin təşviqində mənfi nəticələrə səbəb olmayacağını" gözləyir.
Nigar
Oxu24.com
ŞƏRHLƏR