Bu ilin altı ayı ərzində (1 yanvar-30 iyun) keçirilən yoxlamalar nəticəsində 21 bağça müdiri işdən azad edilib.
Oxu24.com xəbər verir ki, bu barədə “Report”a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd olunub ki, həmin müddətdə xəbərdarlıq, töhmət, şiddətli töhmət alan müdirlərin sayı 86 olub.
“Eyni zamanda son altı ayda bağçalara 41 müdir təyinatı olub. Hazırda müdir vəzifəsi üçün 246 yer vakantdır”,- məlumatda bildirilib.
Oxu24.com
ŞƏRHLƏR