ABŞ Prezidenti Co Bayden gözlənildiyi kimi Vaşinqtonda keçirilən NATO sammiti zamanı Ukraynaya növbəti hərbi yardım tranşını açıqlayıb.
OXU24.COM xəbər verir ki, bu barədə Ağ Evin sahibi Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündə bildirib.
Bayden yeni yardım paketinə dəqiq nəyin daxil olduğunu dəqiqləşdirməyib.
Daha əvvəl "Associated Press" öz mənbələrinə istinadla xəbər vermişdi ki, yeni hərbi yardımın həcmi 225 milyon dollar qiymətləndirilir.
Qeyd edək ki, daha əvvəl Qərb mediası Kiyevin Cənubi Koreyadan hava hücumundan müdafiə sistemləri istəməsi barədə məlumat yayıb.
Oxu24.com
ŞƏRHLƏR