Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114216
az

“Moody’s” və “S&P” Kapital Bank-ın reytinqlərini təsdiqləyib və bankın perspektivini müsbət qiymətləndirib

18:1611 İyul, 2024
111
CƏMİYYƏT
  • A


5 iyul 2024-cü il tarixində “Moody’s” beynəlxalq reytinq agentliyinin yayımladığı son hesabatda ölkənin uzunmüddətli kredit reytinqi     proqnozu “sabit”dən “müsbət”ə yüksələrək “Ba1” səviyyəsində qiymətləndirilib və ölkənin makro iqtisadi göstəricisinin yüksəldiyi qeyd olunub. 
Agentlik, həmçinin ölkənin birinci bankı Kapital Bank-ın yerli və xarici valyutada uzunmüddətli depozit reytinq proqnozunu “sabit”dən “müsbət”ə dəyişməklə “Ba2” səviyyəsində təsdiq edib. Onu da qeyd etmək lazımdır ki, bankın Əsas Kredit (BCA) qiymətləndirməsi üzrə reytinqi “Ba3” səviyyəsində və Uzunmüddətli Kontragent Riski (LT-CRR) qiymətləndirilməsi üzrə reytinqi “Ba1” səviyyəsində təsdiqlənib. Agentlik öz hesabatında bankın keyfiyyətli kredit portfelinin olmasını, məcmu kapital adekvatlığının bankın güclü və dayanıqlı kapital resursları ilə dəstəklənməsini, o cümlədən aktivlərin effektiv idarə olunması ilə güclü gəlirlilik göstərcilərini müsbət məqamlar kimi qeyd edib. 
“Standard Poor’s (SP)” agentliyinin 2 iyul 2024-cü il tarixində yayımladığı göstəricilərə gəldikdə isə Kapital Bank-ın uzun və qısamüddətli kredit reytinqləri “BB-/B” səviyyəsində təsdiqlənib. Bu, bankın güclü və sabit maliyyə imkanlarını, kredit portfelinin böyüməsini vurğulamaqla yanaşı, bankın gələcək perspektivlərinin də müsbət olduğunu göstərir. Agentlik xüsusilə növbəti 12-18 ay ərzində bankın ölkənin maliyyə sektorundakı mövqeyinin daha da güclənəcəyinə dair gözləntilərini vurğulayıb.  
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

TƏCİLİ! Müdafiə Nazirliyində vəzifəyə gətirilən general kimdir?
FHN-dən uzaqlaşdırılan həmin şəxs kimdir? - Xanım generalın adamı idi
"Veysəloğlu" daha 35 nəfər qazi əməkdaşını psixoloji yardıma cəlb etdi

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi