Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114210
az

Narkotikin təsiri altında sürət yarışı keçirən sürücülər saxlanıldı -VİDEO

16:5711 İyul, 2024
117
CƏMİYYƏT
  • A

Paytaxtda narkotik vasitənin təsiri altında sürət yarışı keçirən sürücülər saxlanılıb.

Bakı Şəhər DYP İdarəsindən  verilən məlumata əsasən, paytaxtın Nərimanov rayonu H.Əliyev prospektində “Hyundai” markalı, 10-RM-044 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Abdullazadə Orxan Qalib oğlu və “Vaz 21705” markalı, 10-XO-034 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Quluzadə Erol Azər oğlu avtoxuliqanlıq hərəkətləri etdikləri üçün Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sənədləri yoxlanılan zaman sürücülərin hərəkətləri şübhə doğurduğundan onların tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı O.Abdullazadənin və E.Quluzadənin narkotik vasitə qəbul etmələri də müəyyən olunub.

Sürücülər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokollar tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə O.Abdullazadənin və E.Quluzadənin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və onlar 15 sutka inzibati qaydada həbs ediliblər.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zelenskidən Tramp açıqlaması: "Qorxmuram"
Bu il məzun olan Telman faciəvi şəkildə öldü - FOTO
Otellər kəskin bahalaşdı, yerlər isə bomboşdur…

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Futbolda şok yaşandı: Polis qapıçını güllələdi +VİDEO
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Ər-arvad 5 gün ara ilə intihara cəhd etdi - Qadın öldü