“Türkiyə Ukraynadakı münaqişədə iştirak etmək niyyətində deyil”.
Oxu24.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Newsweek” jurnalına açıqlamasında deyib.
“Biz bu müharibədə tərəf olmayacağıq”, - deyə Ərdoğan NATO təlimçilərinin və hərbçilərinin Ukrayna göndərilmə ehtimalı ilə bağlı müzakirələri şərh edərkən deyib.
Qeyd edək ki, Türkiyə 1952-ci ildən NATO-nun üzvüdür.
Oxu24.com
ŞƏRHLƏR