Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114205
az

Dövlət bağçalarında yer tapmayanlar üçün şad xəbər

15:4411 İyul, 2024
69
CƏMİYYƏT
  • A

Elm və Təhsil Nazirliyi tərəfindən özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi elan edilir.

Oxu24.com xəbər verir ki, qrant müsabiqəsinin məqsədi 2024–2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqları özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb etmək və təhsil haqqının bir hissəsini qrant vasitəsilə maliyyələşdirməkdir. 

Qrant müsabiqəsində iştirak üçün sənədlərin qəbulu [email protected] elektron poçt ünvanı vasitəsilə aparılır.  

Sənəd qəbulu üçün son müraciət tarixi 29 iyul 2024-cü ildir. 

Müsabiqə ilə bağlı ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz. 

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Strategiyanın hədəfinə nail olmaq üçün Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Cavanşir" körpüsünün yerində asfaltlanma işlərinə başlanıldı - VİDEO
Yeni monitorlar cərimə yazır? - DİN-dən AÇIQLAMA
Sabah yağış yağacaq

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Tovuzda ev qarət məqsədi ilə yandırılıb - FOTO