Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114202
az

Prokurorluq orqanlarında təyinatlar olub

15:0011 İyul, 2024
1235
CƏMİYYƏT
  • A

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Fərid Nağıyev Qaradağ rayon prokuroru vəzifəsinə təyin edilib.

Oxu24.com xəbər verir ki, Baş prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, Fərid Nağıyev bu təyinata qədər Bakı şəhər prokurorunun müavini vəzifəsində işləyib.

Baş prokurorun digər əmri ilə Toğrul Muxtarov Bakı şəhər prokurorunun müavini vəzifəsinə təyin olunub.

Toğrul Muxtarov bu təyinata qədər Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində işləyib.

Bundan başqa Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Füzuli hərbi prokuroru vəzifəsini icra edən Elçin Hacıyev  ikinci səlahiyyət müddətinə həmin vəzifəyə təyin edilib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu müəllimlərin də maaşı artacaq - RƏSMİ
Bakının bu küçəsi təmir olunur - VİDEO
Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Yabanı halda bitmiş çətənə kolları məhv edildi