İsrail hakimiyyəti Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) himayə etdiyi 108 HƏMAS terrorçusunun adını açıqlayıb.
Oxu24.com xəbər verir ki, bu barədə “Bild in Russian” Telegram kanalı sənədə keçidlə məlumat yayıb.
İsrail UNRWA rəhbəri Filip Lazzariniyə iddiaları sadalayan məktub göndərib. Siyahıda UNRWA-nın əməkhaqqı hesabında olan 108 şübhəli Həmas əməliyyatçısının adları, pasport nömrələri və hərbi şəxsiyyət nömrələri var.
İddia edilən terrorçuların tam siyahısı “məxfilik səbəbindən” hələ dərc edilməyib. Eyni zamanda, İsrail Xarici İşlər Nazirliyi agentlik rəhbərini terrorçuların işlə təmin olunmasını “dərhal dayandırmağa” çağırır, çünki onların işi “İsrailin təhlükəsizliyinə təhdid yaradır”.
Miri
Oxu24.com
ŞƏRHLƏR