Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114191
az

İyun ayında Rusiyanın neft gəlirləri azalıb

14:0811 İyul, 2024
94
DÜNYA
  • A

Rusiyanın neft ixracından əldə etdiyi gəlirlər ay ərzində 190 milyon dollar azalaraq may ayında 11,02 milyard dollardan iyunda 10,97 milyard dollara düşüb.

 

Oxu24.com  xəbər verir ki, bu  barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında deyilir.

 

Dövr ərzində neft məhsullarının satışından Rusiya büdcəsinə daxilolmalar 5,84 milyard dollardan 5,7 milyard dollara qədər azalıb.

BEA həmçinin qeyd edib ki, Rusiya iyunda enerji ixracının həcmini, o cümlədən əsas alıcıları: Çin, Hindistan, Türkiyə və Yaxın Şərqə azaldıb. Belə ki, ay ərzində Rusiya neftinin satışı sutkada 5-dən 4,9 milyon barelə, neft məhsullarının satışı isə 2,8 milyon bareldən 2,6 milyon barelə düşüb. Eyni zamanda, “naməlum istiqamətə” yanacağın ixracı sutkada 0,9 barel artaraq 1,3 milyon barel olub.

May ayında Çin və Hindistana neft tədarükündə Rusiya Federasiyası lider idi. Çin və Hindistan idxalında Rusiyanın payı müvafiq olaraq 19% və 41% təşkil edib. Rusiya Federasiyasının neft və qaz gəlirləri ilin birinci yarısında 68,5% artaraq 5,7 trilyon rubla çatıb.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

MDB vahid hava hücumundan müdafiə sistemi yaratmağa qərar verdi
Medvedev Əsədin devrilməsindən danışıb: Bu, onun öz günahıdır
Bayden onları əfv etdi

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İnstaqramda tanış olduğu 13 yaşlı qızı aldadıb 80 min aldı- Özünə biznes qurdu