Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114190
az

Orban NATO sammitində Baydendən qaçdı

18:0511 İyul, 2024
140
DÜNYA
  • A

Macarıstanın baş naziri Viktor Orban NATO-nun Vaşinqtonda keçirilən sammitində ABŞ prezidenti Co Baydenlə ikitərəfli görüş tələb etməyib, o, faktiki olaraq tədbirdə Amerika liderindən “qaçıb”.

 

Oxu24.com xəbər verir  ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti yazır.

 

“(Orban – redaktorun qeydi) NATO-nun bu həftəki sammitində Co Baydendən faktiki olaraq yayındı və ABŞ prezidenti ilə ikitərəfli görüş tələb etməyib”, - nəşr yazır.

 

Macarıstan Nazirlər Kabinetinin rəhbəri keçmiş Amerika lideri Donald Trampın yenidən prezident seçilməsinə ümid etməklə, Ukrayna münaqişəsinin nizamlanmasına nail olmağa çalışır.

 

Bundan əvvəl Orbanın Vaşinqtonda NATO sammitindən sonra Floridadakı Mar-a-Laqo malikanəsində Trampla görüşməyi planlaşdırdığı bildirilirdi.

 

Orbanın səfəri bir sıra xaricə səfərlərdən, o cümlədən Moskvada Rusiya prezidenti Vladimir Putinlə və Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşlərdən sonraya təsadüf edir.

 

Bundan əvvəl Orban NATO hədəflərinin dəyişdirilməsindən danışıb.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Google Rusiyanı 2 milyard rubl məbləğində cərimələdi
Beynəlxalq Cinayət Məhkəməsi prokuroru Taliban liderini həbs etməyə çağırıb
Rusiya Ukrayna məsələsində ABŞ-la qarşılıqlı əlaqəyə açıqdır

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+