Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114188
az

Peskov Rusiyanın nüvə doktrinasını dəyişmək planlarını açıqlayıb

13:5211 İyul, 2024
110
DÜNYA
  • A

Rusiyalı ekspertlər NATO-ya üzv ölkələrin Moskvaya qarşı təxribatçı hərəkətləri səbəbindən ölkənin nüvə doktrinasında konkret dəyişikliklərin edilməsini fəal şəkildə müzakirə edirlər.

Oxu24.com  xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Nüvə doktrinası üzərində iş gedir, həqiqətən də [mütəxəssislər arasında] müzakirələr gedir”, o, ölkənin doktrinasının dəyişdirilməsinin mümkün olub-olmaması sualına cavab verib.

Eyni zamanda, Peskov əmin olduğunu bildirib ki, Rusiya NATO-nun üzvü olan dövlətlərin “çox güclü ittifaqı” ilə məşğul olduğundan, bu cür addımların atılması zəruridir.

“Onlar bizə qarşı düşmənçilik siyasəti yürüdürlər və bunu gizlətmirlər”, - deyə Kreml sözçüsü yekunlaşdırıb.

İyulun 6-da Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun “International Affairs” jurnalı üçün müsahibəsi dərc olunub. Orada diplomat etiraf edib ki, eskalasiya zamanı hərbi doktrinanın nüvə komponentinin dəqiqləşdirilməsi tez baş verəcək, yalnız “konseptual əlavələr və düzəlişlər” etmək lazım gələcək.

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mask Los-Angeles DƏHŞƏTİNDƏN YAZDI: "Səbəbi iqlim dəyişikliyi deyil"
Tramp Putinlə görüşə bilər -Hazırlıq gedir
Rumıniyada müxalifətin mitinqi keçirilir

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb