Birləşmiş Ştatlar Almaniyada rotasiya əsasında uzaqmənzilli zərbə sistemləri yerləşdirəcək və Berlinin də oxşar silah sistemləri hazırlamasını gözləyir.
Oxu24.com xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Deutschlandrundfunk radiosuna müsahibəsində bildirib.
Bundan əvvəl Pentaqon bildirmişdi ki, 2026-cı ildə ABŞ Almaniyada artıq Avropada olan silahları əhəmiyyətli dərəcədə üstələyən uzunmənzilli zərbə sistemləri yerləşdirməyə başlayacaq.
Pistorius, "Bu uzaqmənzilli silah sistemləri Almaniyaya yalnız rotasiya əsasında gələcəyinə görə, bu, ABŞ-ın özümüzün belə uzunmənzilli silahların hazırlanmasına və alınmasına sərmayə qoyacağımıza dair gözləntiləri ilə açıq şəkildə bağlıdır",-deyə o bildirib.
Onun sözlərinə görə, Amerika sistemlərinin yerləşdirilməsi Almaniyaya öz silah sistemlərini hazırlamaq üçün vaxt verəcək.
Bundan əlavə, Almaniyanın müdafiə naziri Donald Tramp qarşıdan gələn prezident seçkilərində qalib gəlsə belə, ABŞ-ın üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcəyinə əminliyini ifadə edib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR