Bakıda piyada keçidindən yolu keçən şəxsi maşın vuraraq öldürüb.
Hadisə Əmircan qəsəbəsi ərazisində qeydə alınıb.
Teymurov Pərviz Mətləb oğlu idarə etdiyi avtomobillə yerüstü piyada keçidi olan yerdə yolu keçən piyada Musayev Salman Mahmud oğlunu vurub. Piyada Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR