Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114165
az

Rusiyada bəzi məhsullar məcburi etiketlənəcək

13:1211 İyul, 2024
127
DÜNYA
  • A

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) sahibkarlara müraciət edib.

"Report"un məlumatına görə, müraciətdə deyilir ki, sentyabrın 1-dən Rusiyada müəyyən növ məhsulların, o cümlədən konservlərin, bitki yağlarının və alkoqolsuz pivənin məcburi etiketlənməsi tətbiq ediləcək.

Artıq yerli hökumət etiketləmə qaydalarını və son tarixləri təsdiqləyib. Bu proses bir neçə mərhələdə baş tutacaq:

- Alkoqolsuz pivə istehsal edən və idxal edən şirkətlər tərəfindən məhsulların etiketləmə prosesi 2024-cü il oktyabrın 1-dən başlanacaq. Məlumatların sistemə təqdim edilməsi ilə bağlı son tarix 2025-ci il aprelin 1-i olacaq.

- Şüşə və plastik qablaşdırmada bitki yağları və piylərin istehsalçıları və idxalçıları tərəfindən məhsulların etiketləmə prosesi 2024-cü il oktyabrın 1-dən başlanacaq. Digər qablaşdırma növləri üçün tətbiq olunacaq tarix isə 2025-ci il fevralın 1-i olacaq.

- Ət konservləri, ət əlavə məhsulları, tərəvəz və meyvələr, göbələk və giləmeyvə istehsal edən və idxal edən şirkətlər 2025-ci il martın 1-dən məhsulların etiketlənməsinə başlamalıdır.

Balıq və dəniz məhsulları konservlərinin qablaşdırmalarında 2024-cü il dekabrın 1-dən etibarən etiket olmalıdır. Həmin tarixdən bu məhsulların istehsalçıları malların dövriyyəyə buraxılması haqqında məlumatı etiketləmə sisteminə göndərməlidirlər.

Məhsulların dövriyyədən çıxarılması ilə bağlı məlumat 2026-cı il oktyabrın 1-dən verilməlidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya Suriyanın yeni hakimiyyəti ilə ANLAŞIR
NATO Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın dərinliklərinə endirdiyi zərbələrdən sonra ittihamlardan qorxur
İsrail Suriya Ərəb Respublikasının hərbi potensialını ləğv etdiyini açıqlayıb

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İnstaqramda tanış olduğu 13 yaşlı qızı aldadıb 80 min aldı- Özünə biznes qurdu