Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114157
az

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

11:0011 İyul, 2024
168
HÜQUQ
  • A

İyul ayının 10-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

- “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nda dəyişiklik edilib;

- Vəkillər Kollegiyasına üzvlüyə qəbulla bağlı elektron sistemin təqdimatı olub;

- Peşə hazırlığı və davamlı tədrisin təşkili, o cümlədən bu sahədə digər tədbirlər barədə Fəaliyyət Planı təsdiq edilib;

- Vəkillər Kollegiyası Akademiyasının rəsmi veb-saytının təqdimatı keçirilib.

İclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

İclas gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı ixtisas imtahanını və icbari təlimi uğurla başa vuran bir vəkilliyə namizədin andiçmə mərasimi keçirilib, ona vəsiqə təqdim edilib, gələcək fəaliyyətində uğurlar arzulanıb.

Sonra uzun illər səmərəli vəkillik fəaliyyətinə görə və 40 illik yubileyi münasibəti ilə “Kəngərli və Partnyorları” Vəkil Bürosunun müdiri, Vəkillərin İntizam Komissiyasının üzvü, vəkil İsmayıl Kəngərli Vəkillər Kollegiyasının "Fəxri Hüquq Doktoru" adı ilə təltif edilib.

İclasda “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi məsələsinə baxılıb və müsbət qərar çıxarılıb, o cümlədən ARVK üzvlüyə qəbulla bağlı elektron sistemin təqdimatı olub. Nəzərə çatdırılıb ki, yaxın günlərdə elan olunacaq sənəd qəbulunda iştirak arzusunda olan, "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə cavab verən şəxslər test mərhələsində iştirak üçün Kollegiyanın rəsmi veb-saytı (//barassociation.az/candidate-login) vasitəsi ilə elektron internet səhifəsindən “Vəkilliyə qəbul” bölməsinə daxil olaraq onlayn qeydiyyatdan keçməlidirlər.

Bundan başqa, Rəyasət Heyəti tərəfindən peşə hazırlığı və davamlı tədrisin təşkili, o cümlədən bu sahədə digər tədbirlər barədə Fəaliyyət Planının təsdiqi qərara alınıb. Qeyd edilib ki, cari ilin avqust-sentyabr aylarında paytaxt və regionallarda təlimçilər tərəfindən "Elektron vəkil orderi" ilə bağlı hibrid formatında təlimlər keçiriləcək. Eyni zamanda iclasda icbari təlimlərin təşkil edilməsinin önəmli olduğu vurğulanıb.

Həmçinin iclasda Vəkillər Kollegiyası Akademiyasının rəsmi veb-saytının təqdimatı olub. Bildirilib ki, internet saytı fərqli tərtibatda işlənərək hazırlanıb, müasir tələblərə uyğun bölmə və xidmətlərin əlçatanlığı, funksionallığı yaradılıb və burada Akademiyanın fəaliyyətinin əsas istiqamətləri ilə bağlı məlumatlar yer alıb. 

İclasda Rəyasət Heyəti tərəfindən Kollegiya Aparatının baş hüquqşünas-məsləhətçisi Səttar Məmmədovun Baş katibin müavini (Aparat rəhbərinin müavini) təyin edilməsi barədə qərar qəbul olunub. Eyni zamanda Aparatda yeni Qəbul şöbəsi yaradılıb. Qərara əsasən, həmin şöbəyə isə Rahilə Ağaquliyeva təyin edilib.

“Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərmək üçün nəzərdə tutulmuş sahələrə baxış keçirilmə ilə bağlı Komissiya”nın tərkibinə, habelə “Turan” Vəkil Bürosunun təsis olunması ilə bağlı məsələyə baxılaraq müsbət qərarlar verilib.

Daha sonra iclasda iki vəkilin dövlət qulluğuna qəbul olunması ilə əlaqədar vəkillik fəaliyyətlərinin dayandırılması və onların mükafatlandırılması qərara alınıb.

İclasda çərçivəsində bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, müəyyən müddətdə üzvlük haqqından azad olunmaları, öz istəyi ilə vəkillik fəaliyyətinə xitam verilməsi və maddi yardımla bağlı müraciətlərinə baxılaraq müvafiq qərarlar çıxarılıb.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 3 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 2 vəkilə töhmət verilməsi barədə intizam tənbehləri tətbiq edilib, 4 vəkilə xəbərdarlıq olunub, 2 vəkilin fəaliyyəti isə dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərarlar qəbul edilib.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
Vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib
Vəkillər Kollegiyasının futbol komandaları mötəbər beynəlxalq turnirində mükafatlar qazandı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Xaçmazda evdən qadının meyiti tapıldı