Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114138
az

ÜST-nin Aİ-dəki nümayəndəsi Azərbaycana təşəkkür etdi

09:2011 İyul, 2024
96
DÜNYA
  • A

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Aİ-dəki nümayəndəsi Oksana Domenti Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi, Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinə və BMT İnkişaf Proqramının (BMT İP) Avropa İttifaqındakı (Aİ) nümayəndəliyinə təşəkkürünü bildirib.

OXU24.COM xəbər verir ki, bu barədə ÜST-nin rəsmisi sosial şəbəkədə yazıb.

“Azərbaycan səfiri zati-aliləri Vaqif Sadıqov və BMT İP-nin Aİ-dəki nümayəndəliyinə Brüsseldə bu mühüm tədbiri təşkil etdiyinə və iqlim və səhiyyə perspektivlərini bölüşmək imkanına görə çox təşəkkür edirik”, – o qeyd edib.

Xatırladaq ki, iyulun 10-da Azərbaycanın Avropa İttifaqı (Aİ) yanındakı nümayəndəliyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Aİ-dəki nümayəndəliyi birgə “Ambisiya, həyata keçirmə və inklüzivlik vasitəsilə iqlim fəaliyyətinin gücləndirilməsi” mövzusunda konfrans təşkil ediblər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Los-Ancelesdəki yanğınlar 8 milyon insanı TƏHDİD EDİR
İsrail Azərbaycana yeni səfir təyin etdi -FOTO
Mask Los-Angeles DƏHŞƏTİNDƏN YAZDI: "Səbəbi iqlim dəyişikliyi deyil"