Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114130
az

Ölkələr hərəkətə keçdi: F-16-lar Ukraynaya təhvil verilir -Bu tarixdə...

22:2110 İyul, 2024
157
  • A

 

Danimarka və Niderland F-16 döyüş təyyarələrini Ukraynaya təhvil verəcək, təyyarələr bu yay Ukraynaya çatacaq.

OXU24.COM xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda NATO Sammiti çərçivəsində keçirilən “NATO İctimai Forumu”nda çıxışı zamanı deyib.

Ukraynanın Rusiyanın təcavüzünə təsirli şəkildə cavab verməsi üçün dəstəyin davam edəcəyini bildirən Blinken çox güclü dəstək paketi üzərində çalışdıqlarını ifadə edib.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin isə forumdakı çıxışında NATO-nun soyuq müharibədən bəri ən güclü planlarını həyata keçirəcəyini iddia edib:

"Bu planlar bizim istənilən yeni təhlükədən qorunmaq qabiliyyətimizi əhəmiyyətli dərəcədə artıracaq”.

Digər tərəfdən, ABŞ prezidenti Co Bayden, Niderland Baş naziri Dik Sxof və Danimarka Baş naziri Mette Frederiksen F-16 təyyarələri ilə bağlı birgə yazılı açıqlama verib.

Açıqlamada dördüncü nəsil müasir F-16 döyüş təyyarələri ilə yanaşı, Ukraynaya təlim dəstəyinin də veriləcəyi bildirilib. Təhlükəsizlik baxımından əlavə detalların verilməyəcəyi qeyd olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya ilə sərhədyanı rayonlarda blok-post quraşdırılıb? - DİN-dən AÇIQLAMA
Rusiya ilə sərhədyanı rayonlarda blok-post quraşdırılıb? - DİN-dən AÇIQLAMA
Müxalifət lideri sərbəst buraxıldı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu