Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114115
az

Naxçıvanda 19 mindən çox dondurmada bakteriyalar AŞKARLANDI -FOTO

20:2810 İyul, 2024
49
CƏMİYYƏT
  • A

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri ilə bir neçə dondurma məhsulu partiyasında “enterobacteriaceae” bakteriyaları aşkarlanıb. Uyğunsuzluq aşkarlanmış dondurmaların satışdan geri çağırılması barədə Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ticarət şəbəkələrinin rəhbərlərinə xəbərdarlıq edilib.

OXU24.COM xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

Qeyd edilib ki, məhsulların geri çağırılması ilə bağlı topdançı şirkətlər tərəfindən agentliyə yazılı müraciət daxil olub və 9240 ədəd “Qoşa qapı” əmtəə nişanlı vanilli “Eskimo”, 7440 ədəd “İçərişəhər” əmtəə nişanlı vanilli plombir və 2880 ədəd “Yolka” əmtəə nişanlı qaymaqlı dondurma məhsulları olmaqla, ümumilikdə, 19 min 560 ədəd məhsulun məhv edilməsi barədə müvafiq qərar qəbul edilib. Məhvetmə prosesi agentlik əməkdaşlarının iştirakı ilə bu gün həyata keçirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Valideynlər nəzərinə: Yetkin uşaqlarla münasibətdə bu hərəkətlərə dözməyin
İsrail HƏMAS-ın neçə hərbi liderini öldürüb? - RƏQƏMLƏR
Sabah iki rayonun bəzi əraziləri QAZSIZ QALACAQ

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Putin avtomobili özü sürdü - VİDEO
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Cinayətdə şübhəli bilinən 23 nəfər saxlanıldı