Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Mingəçevir şəhəri, Mingəçevir su anbarında 1 nəfərin batması barədə məlumat daxil olub.
OXU24.COM xəbər verir ki, məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Oxu24.com
ŞƏRHLƏR