Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114107
az

“Belə məqamlarda Putini öldürmək istəyirsən”

16:2210 İyul, 2024
74
DÜNYA
  • A

Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə gün əvvəl Kiyevdə “Oxmatdet” uşaq xəstəxanasına raket düşməsinə münasibət bildirib. 

Oxu24.com Ukrayna mediasına istinadən xəbər verir ki, Zelenski bu barədə Vaşinqtonda Prezident Fondu və Ronald Reyqan İnstitutunda çıxışından sonra danışıb. 

“Mən atayam, Prezidentəm... Və insanları, uşaqları itirmək çox-çox çətindir. Bu insanları, valideynləri görəndə, onların övladları öləndə - bu cür məqamlarda Putini öldürmək istəyirsən”, - deyə Ukrayna lideri qeyd edib. 

Onun sözlərinə görə, Rusiya NATO sammiti ərəfəsində tibb müəssisəsinə bilərəkdən zərbə endirib.

Qeyd edək ki, Rusiya ordusu iyulun 8-i Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirib. Hücum zamanı “Oxmatdet” uşaq xəstəxanasına da ziyan dəyib. Şəhərin meri Vitaliy Kliçko zərbə nəticəsində ümumilikdə Kiyevdə 5-i uşaq olmaqla, 34 nəfərin öldüyünü açıqlayıb. Onlardan ikisi “Oxmatdet”də həlak olub. Bununla yanaşı, daha 121 nəfər isə xəsarət alıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan MN-də ABŞ ordusunun təmsilçisi fəaliyyət göstərəcək
Rusiya hərbçiləri 24 saat ərzində Ukraynaya məxsus MiQ-29 təyyarəsini vurub
Orban Ukraynadakı sülh təşəbbüsünün nəticəsini dəyərləndirib

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Tovuzda ev qarət məqsədi ilə yandırılıb - FOTO