20-dən çox ukraynalı taxıl daşıyan maşının köməyi ilə Moldovaya qaçmağa cəhd edib.
Oxu24.com xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti (DSX) özünün Telegram kanalında məlumat yayıb.
Agentlik taxıl daşıyan maşından istifadə edərək sərhədi qanunsuz keçməyə cəhd edən 23 nəfərdən ibarət qrupun saxlanıldığını açıqlayıb.
Sxem təşkilatçısının şəriki ukraynalıları sərhəd bölgəsinə aparıb, oradan piyada Moldovaya keçmək istəyib.
Həmin şəxslərin sərhədi keçməyə cəhd etmək üçün 5-16 min dollar ödədikləri bildirilir. “Bütün [pozuculara] qarşı inzibati protokollar tərtib edilib, sxemə cəlb olunmuş şəxslərin dairəsi müəyyənləşdirilir”, - Dövlət Sərhəd Xidmətindən bildirilib.
Bundan əvvəl məlum olub ki, Ukraynanın Zakarpat vilayətinin sərhədyanı ərazilərində Tisa çayının sahili magistralın kənarından tikanlı məftillərlə hasarlanıb.
Miri
Oxu24.com
ŞƏRHLƏR