Azərbaycan yeganə ölkədir ki, seçkilərdə media subyektləri heç bir qurumdan icazə almırlar və onlar seçkilərin işıqlandırılması prosesinə sərbəst şəkildə qoşulurlar.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
O bildirib ki, qeyd olunan məlumatlar əsasında seçici siyahılarının dəqiqləşdirilməsi aparılıb. Onun sözlərinə görə, ölkə üzrə 125 seçki dairəsində səsvermə hüququna malik olan şəxslərin sayı 1 milyon 153 min nəfərdən 22,2 faiz artaraq bu ilin 28 iyun tarixinə 6 milyon 334 min 444 nəfər təşkil edib.
Oxu24.com
ŞƏRHLƏR