Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114090
az

Qonşusu ilə münaqişə etdi,7 il həbs cəzası aldı

13:4310 İyul, 2024
93
KRİMİNAL
  • A

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə ölümə cəhd) və 221.3-cü (silahdan istifadə etməklə xuliqanlıq törətmə) maddələri ilə təqsirləndirilən İskəndərov Elməddin Fəxrəddin oğlunun sonuncu məhkəmə prosesi keçirilib.

Oxu24.com ın məlumatına görə, hakim məhkəmə istintaqının yekunlaşması ilə əlaqədar tərəflərin münasibətini öyrənib. Sonra dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edərək  Elməddin İskəndərovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilənin vəkili Elmira xanım prokurorun müvəkkilinə ağır cəza istəməyindən narazı qalıb: "İlk məhkumluğu nəzərə alınmayıb, hər iki tərəf bir-birinə xəsarət yetirib, Elməddin ağır xəstədir". 

Elməddin İskəndərov da son söz nitqi ilə çıxış edərək hakimdən ona ədalətli qərar çıxarılmasını istəyib. 

Hakim Novruz Kərimovun  sədrliyi ilə məhkəmə heyəti müşavirədən qayıtdıqdan sonra Elməddin İskəndərovu 126.2.4-cü və 221.3-cü maddəsi ilə 7 il müddətinə azadlıqdan məhrum edib. Hakim zərərçəkmiş Mamedov Murad Elsən oğluna dəymiş 36 min manat ziyanın Elməddin İskəndərovdan alınaraq ona qaytarılması barədə qərar da qəbul edib. 

Qeyd edək ki, hadisə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində baş verib. Elməddin ilə Murad hər ikisi qonşuluqda kirayədə qalıblar. Hadisənin baş verməsinə səbəb tərəflərin səs-küy salması olub. Bundan sonra çölə çıxan qonşular hər ikisi bıçağa əl atıb. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cinayətdə şübhəli bilinən 23 nəfər saxlanıldı
Daha bir ÜZÜCÜ XƏBƏR: 17 yaşlı Səidi tapmaq olmur
Axtarışda olan beş nəfər saxlanılıb

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Putin avtomobili özü sürdü - VİDEO
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Cinayətdə şübhəli bilinən 23 nəfər saxlanıldı