Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114084
az

Gürcüstana daha bir zərbə

12:1710 İyul, 2024
208
DÜNYA
  • A

Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer bildirib ki, Gürcüstan hökumətinin kursuna görə ölkənin Aİ-yə daxil olması prosesi dayandırılıb.

 

Oxu24.com xəbər verir ki, bundan əlavə, səfirin sözlərinə görə, Almaniya indiki mərhələdə Gürcüstan qarşısında yeni maliyyə öhdəlikləri götürməmək qərarına gəlib.

 

“Gürcüstanın üzvlük prosesi dayandırılıb, bu, hazırda Avropa İttifaqının siyasətidir. Bu çox bezdiricidir. Biz mümkün qədər tez irəli getməliyik, irəli getmək istəyirik, lakin üzvlük prosesinin sürəti və keyfiyyəti namizəd ölkənin öz əlindədir.

 

Mən Almaniya tərəfdən danışacam və deyim ki, biz Gürcüstanla da münasibətlərimizə baxırıq, bizim çox uzun və dərin əlaqələrimiz var. ABŞ ilə birlikdə biz Gürcüstan üçün inkişaf əməkdaşlığının ən böyük donorlarından biriyik. Biz Gürcüstanla bağlı yeni öhdəliklər götürməmək qərarına gəldik”, - deyə Fişer vurğulayıb.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Ermitaj” muzeyi    təxliyə        edildi
Los-Ancelesdəki yanğınlara görə2,5 milyard    dollar     ayrıldı
Ermənistana     səfərə      hazırlaşır