Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114068
az

MİQ imtahanında internet kəsildi - Proses təxirə salındı

10:2910 İyul, 2024
66
CƏMİYYƏT
  • A

Məlum olduğu kimi, ötən gün müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin tarix, coğrafiya və alman dili fənləri üzrə test imtahanı mərhələsi keçirilib.

Oxu24.com Təhsil İnstitutu nəzdindəki İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, Gəncə şəhər 18 nömrəli orta məktəbdə yerləşən imtahan mərkəzində şəbəkəni təmin edən optik kabelin sıradan çıxması imtahan prosesinin dayandırılmasına səbəb olub.

Problem qısa müddətdə aradan qaldırıla bilmədiyi üçün test imtahanı növbəti tarixə dəyişdirilib.

İnsan Resursları Mərkəzi bəyan edib ki, sözügedən imtahan mərkəzində olan namizədlərin şəxsi səhifələrinə növbəti test imtahanı ilə bağlı müvafiq məlumat göndərilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahan tarixi və məkanla tanış ola bilərlər.

Qeyd edək ki, 9 iyul tarixində təşkil olunan imtahana 7 015 namizəd dəvət olunub. Ümumilikdə 83% davamiyyət qeydə alınıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Cavanşir" körpüsünün yerində asfaltlanma işlərinə başlanıldı - VİDEO
Yeni monitorlar cərimə yazır? - DİN-dən AÇIQLAMA
Sabah yağış yağacaq

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Tovuzda ev qarət məqsədi ilə yandırılıb - FOTO