Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11406
az

50 ildir psixiatriya xəstəxanasında yaşayan qadının ağrılı ömür hekayəsi :Anasını axtarır

13:0429 Mart, 2019
1534
OXU24 TV
  • A
 
Bu dəli dünyada insan olmaq...

Həyatımızda çox şeydən gileyli, yorğun olanda sizdən daha çətin vəziyyətdə olanları heç düşünmüsünüzmü? Həyatını kimsəsizlər evində, qocalar evində, ruhi xəstəxana divarları arasında yaşamağa məhkum olan insan talelələrini xatırlamısınızmı?

Bir qadının sorağıyla Bakının 1 saylı Psixiatriya Xəstəxanasınadır yolumuz. Bu xəstəxanada 2000 nəfərdən çox insan müalicə alır. Onlardan 350 nəfərini nə itirən var, nə axtaran. Ömürlərini bu xəstəxanada yaşamaq məcburiyyətindədirlər. Xəstəxananın həyətinə daxil olanda  gözlədiyimin əksinə olaraq tam bir sükut, sakitliklə qarşılaşdım. Ucu-bucağı görünməyən geniş ərazidə bir neçə korpus yerləşir. Bütün korpuslar bağ-bağçayla əhatə olunub. Ərazini suvaran, qulluq edən bir neçə nəfər də bu xəstəxananın daimi sakinləridir. Başlarını xəstəxananın həyətindəki ağaclara, gül çiçəklərə qulluq etməklə, əkin –biçinlə qatırlar.

Bu divarlar arasında haray çəkən, daxili hıçqırıqlarını yalnız özləri eşidən neçə insan taleyi olub və var, kim bilir. Haqqında danışacağım qadının ömür hekayəsi isə məni göz yaşlarına boğdu. Onu sizə tanıtmaq istəyirəm.

Səfurə. Bəlkə də bu dünyanın ən təmiz ürəkli, ən təmiz düşüncəli insanıdır. Yaşı əllini ötsə də,  uşaq saflığını qoruyub saxlayıb. Həyatı bu divarlar arasında keçib gedib. 4 yaşında valideynləri gətirib  bir saylı psixiatriya xəstəxanasının qarşısında atıb gediblər. O gün, bu gündür taleyi buralara bağlanıb. Yetkinlik yaşına çatdıqdan sonra bir müddət bu divarların arasını tərk edib getsə də, çöldə, insanlar arasında asan olmayıb ona. Xəstəxana rəhbəri Ağahəsən Rəsulov onun yalnız , səfil yaşamasını istəməyib, xəstəxana ərazisində Səfurə üçün kiçik bir ev inşa etdirib. Neçə illərdir burda öz köpəkləri, göyərçinləri, toyuqları ilə yaşayır. Yaşıllığı suvardığı üçün əmək haqqı alır, fəhlə kimi ştata götürülüb. Öz dediyi kimi, ana tərbiyəsi görməyib ki, nələrisə öyrənəydi. Yemək bişirə bilmir deyə, elə xəstəxanadan hazır yemək verirlər ona. Ağahəsən həkimə “atam” deyə müraciət edir.

Kimlər üçünsə bəlkədə psixoloji problemləri olan insan kimi görünə bilər. Əslində normal bir ailə şəraitində böyüsəydi,bəlkə də taleyi tamamilə başqa cür alınardı. Gözünü açıb, özünü psixoloji sarsıntısı olan insanların arasında görüb, onları tanıyıb, onlarla böyüyüb. Onun bu aləmdən başqa nə görüb, götürəcəyi vardı ki, kamilləşə biləydi.

Onu körpəykən təkbaşına atıb gedən ata- anasını axtarır Səfurə. Şəxsiyyət vəsiqəsində 1962-ci ildə doğulduğu qeyd edilib. Abbasova Səfurə Yadulla qızı. Bəlkə də onu dünyaya  gətirən insanlar (valideyn demirəm) çoxdan  haqq dünyasındadılar, bəlkə də bir tikə çörəyə möhtacdılar, bunu da kimsə bilmir. Bir onu bilirəm ki, yaralı ürəyinə kristal kimi təmiz sevgini sığdıra bilmiş bu qadın, ata- anası gələrsə onları bağışlayar, qol-qanad gələr. Ayrılarkən məndən bircə xahişi oldu- Onları tap. Gözümə elə baxdı ki, “yox, bu imkansızdır” deyə bilmədim. Yalan dedim, “taparam” dedim.

Ən böyük  arzusu valideynlərini tapmaq, xəstəxana divarlarını tərk edib getməkdir. Eh Səfurə, Səfurə. İnsanların bir- birinin gözündən kiprik qapmağa can atdığı, dostluq adı altında yalnız mənfəət güddüyü bu  qurdlar süfrəsində, bu dəli dünyada sən yaşaya biləcəksənmi?

Sən əslində öz akvariumunda xoşbəxtsən. Xəbərin yoxdur. Bu dəli dünya  bu saf, təmiz düşüncələrinlə səni udar, məhv edər. Səni və sənin kimiləri görüncə yalnız bir ağrı keçir ürəyimdən. İnsan olmaq necədə çətindir.

Oxu24.com News24.az -a istinadən  reportjı  təqdim edir:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

50 ildir psixiatriya xəstəxanasında yaşayan qadının ağrılı ömür hekayəsi :Anasını axtarır
Prezidentlə görüşən Həcər nənə gizlinləri açdı:

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ