Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114025
az

“Qarabağ”ın Çempionlar Liqasındakı cavab oyununun hakimləri açıqlandı

15:1509 İyul, 2024
105
İDMAN
  • A

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.

Oxu24.com  UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakıda təşkil olunacaq görüşü ukraynalı hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın referisi Viktor Kopitevski olacaq. Ona yan xətt hakimləri Semyon Şlonçak və Vladimir Visotsko kömək edəcəklər. Dmitri Pançişin isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Ağdam klubu bu mərhələdə “Hamrun Spartans” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə üz-üzə gələcək. Cavab oyunu iyulun 30-da reallaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionundakı görüş saat 20:00-da start götürəcək.

Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçları iyulun 23-24-də, cavab oyunları isə 30-31-də olacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ronaldo sevgilisi ilə görüntüsünü paylaşdı
“Sabah”ın cavab oyununa hakim təyinatları açıqlandı
"Azərbaycanda oynamaq karyerama müsbət təsir edəcək" - Portuqaliyalı futbolçu