Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114018
az

"Oktyabrda Gürcüstanın taleyi həll olunacaq"- Saakaşvili

14:3709 İyul, 2024
126
DÜNYA
  • A

Oktyabrda təkcə Gürcüstanın yaxın 20-25 il üçün deyil, həm də bütöv bir nəslin həyatı üçün taleyi həll olunacaq. 

Oxu24.com  xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili açıqlayıb. 

Saakaşvili uzaqdan iştirak etdiyi Tbilisi Şəhər Məhkəməsində keçirilən prosesdə qarşıdan gələn seçkilərin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, indiki iqtidar keçmişə köklənib, onun qurduğu müxalif “Vahid Milli Hərəkat” isə əksinədir. O, həmçinin qeyd edib ki, seçkiqabağı siyahı yeni insanlarla doldurulmalıdır: "Sizə əmin olduğum aşağıdakıları demək istəyirəm. 9 il ərzində apardığımız, Gürcüstanı 90-cı illərin qaranlığından və bataqlığından çıxartdığımız islahatları indi heç kim ləğv edə bilməz. İndi ən vacibi irəli getməkdir, çünki bu seçkilər təkcə keçmişlə bağlı deyil, bu seçkilər xüsusilə və müstəsna olaraq gələcəklə bağlıdır". 

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 2024-cü il oktyabrın 26-da keçiriləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putinin birbaşa xəttinə edilən zənglərin sayı yarım milyonu ötüb
Putin jurnalistə Rusiyanın Qəhrəmanı adı verib
Zelenskinin ofisi Ukraynanın Rusiya ilə danışıqlara hazır olmadığını bildirib

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İnstaqramda tanış olduğu 13 yaşlı qızı aldadıb 80 min aldı- Özünə biznes qurdu