Qaynar xətt:

(+99450) 247 90 86

COP29 zamanı məktəblər bağlanacaq? -AÇIQLAMA

CƏMİYYƏT

154

09.07.2024, 14:24

COP29 keçiriləcəyi müddətdə şəhərdə məktəblərin bağlanması ilə bağlı hər hansı qərar yoxdur.

Oxu24.com  xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov deyib.

O bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarı olarsa, bu barədə çox öncədən məlumat veriləcək: “Vətəndaşları da anlayıram. Lakin hazırda biz sentyabrın 15-də məktəblərin açılmasına hazırlaşırıq. Hər hansısa yenilik olsa, vətəndaşlar bu barədə məlumatlandırılacaq”.