Rusiya Xarici Kəşfiyyat Xidmətinə (SVR) daxil olan məlumatlar göstərir ki, Vaşinqton oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrindən sonra Gürcüstanda hakimiyyət dəyişikliyinə cəhd etməkdə qərarlıdır.
Oxu24.com xəbər verir ki, bu barədə idarənin mətbuat bürosunda məlumat verilib.
“Bayden administrasiyası artıq hakim “Gürcü Arzusu” partiyasını gözdən salmaq üçün genişmiqyaslı məlumat kampaniyası hazırlayıb”, - hesabatda deyilir.
Qeyd olunur ki, Gürcüstan prezidenti Salome Zurabişvili hökumət əleyhinə əhval-ruhiyyənin qızışdırılmasında əsas rol oynaya bilər. SVR onu da bildirdi ki, amerikalı “kuratorlar” artıq Gürcüstandakı müxalifətə parlament seçkiləri ilə bağlı etiraz aksiyaları planlaşdırmaq əmri veriblər.
Gürcüstanda hakimiyyəti dəyişmək cəhdindən əvvəl “Moskva ilə yaxınlaşmanın fəlakətli nəticələri” və Rusiyadan köçkünlərin vurduğu zərər haqqında bəyanatlar verilə bilər, SVR mətbuat bürosu əlavə edib.
Bundan əvvəl ABŞ Gürcüstanla əməkdaşlığının bütün proqramlarını nəzərdən keçirməyə başlayıb. Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə direktoru Maykl Karpenter qeyd edib ki, Avro-Atlantik inteqrasiya perspektivləri baxımından Tiflis son aylar “yanlış kursda” gedir.
Ölkələr arasında münasibətlərin soyuqlaşmasına səbəb ölkə parlamentinin may ayında qəbul etdiyi “Xarici agentlər haqqında” qanun olub.
Onun baxılması uzun sürdü və ictimai etirazlar və mitinqlərlə müşayiət olundu. Avropa İttifaqı və ABŞ hakimiyyəti qanundan kəskin narazılığını bildirib. Salome Zurabişvili qanunu imzalamaqdan imtina etdi, lakin parlament onun vetosunu ləğv etdi.
Nigar
Oxu24.com
ŞƏRHLƏR