Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113994
az

Kapital Bank-ın dəstəyi ilə keçirilən Respublika Fənn Olimpiadalarının qaliblərinə mükafatlar təqdim olundu

11:4609 İyul, 2024
51
CƏMİYYƏT
  • A

Kapital Bank-ın dəstəyi ilə keçirilən Respublika Fənn Olimpiadalarının qaliblərinə mükafatlar təqdim olundu

Artıq 7-ci ildir ki, ölkənin birinci bankı Kapital Bank-ın dəstəyi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Respublika Fənn Olimpiadaları keçirilir. Ötən gün 2023-2024-cü tədris ili üzrə keçirilən olimpiada qaliblərinin mükafatlandırma mərasimi baş tutub.  
Mərasimdə Respublika Fənn Olimpiadalarında ən yüksək nəticə göstərmiş 8 qızıl medalçıya, eləcə də bütün qaliblərə diplom və mükafatlar təqdim edilib. 
Xatırladaq ki, bu tədris ili üzrə ümumilikdə 62 mindən çox şagird olimpiadada iştirak üçün qeydiyyatdan keçib. Yarışma 8-11-ci sinif şagirdləri arasında, 8 fənn üzrə, 143 mərkəzdə təşkil edilib. Şagirdlər biliklərini Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix və coğrafiya fənləri üzrə 3 turda sınayıblar. 10 997 şagird yarımfinal mərhələsində iştirak etmək hüququ qazanıb. Final mərhələsinə keçən 1000-ə yaxın şagirddən 491 nəfəri qalib olub. Onlardan 244 nəfəri bürünc, 163 nəfəri gümüş, 84 nəfəri isə qızıl medal qazanıb. 
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc . 
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

17 mindən çox uşaq qeydiyyatdan keçib
Bu deputatların namizədliyi irəli sürülməyəcək -ADLAR
Azərbaycan-Gürcüstan sərhədində zəlzələ oldu

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Putin avtomobili özü sürdü - VİDEO
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Cinayətdə şübhəli bilinən 23 nəfər saxlanıldı