Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113983
az

Qadın sağlamlığı mövzusunda maarifləndirici tədbir keçirilib

10:1809 İyul, 2024
152
CƏMİYYƏT
  • A

“Zəhra Xatun” Qadın İnkişaf Birliyinin təşkilatçılığı ilə “Fərqinə var” layihəsi adı altında qadın sağlamlığı mövzusunda tədbir keçirilib.

Təşkilatdan verilən məlumata görə, tədbirdə tibbin 3 sahəsini əhatə edən və yoqa mövzusunda spikerlərin çıxışı olub.

Əvvəlcə gənc ifaçı Rusif Abdullayev qonaqlar üçün tarda musiqi ifa edib. Bundan başqa, daha bir gənc istedad olan Elnarə Babazadənin əl işlərindən ibarət sərgi də nümayiş olunub.

Bədii hissədən sonra tədbirin digər hissəsinin açılışını 17 Nömrəli Şəhər Poliklinikasının həkimi və “Zəhra Xatun” Qadın İnkişaf Birliyinin rəhbəri Leyla Həsənova edib. O, öz həyat və fəaliyyətindən, “Zəhra Xatun”un yaranmasından, bu layihənin ərsəyə gəlməsindən və səbəblərindən danışıb. Natiq hər kəsi özünə diqqət ayırmağa və sağlamlığının fərqinə varmağa, özünü çox sevməyə çağıraraq, hər bir qonağa söz verib. Leyla Həsənova çıxışının sonunda qonaqlara qurumun rəsmi qeydiyyatdan keçdiyi bu bir il ərzində baş tutan tədbirlərin video çarxını təqdim edib.

Tədbirin xüsusi qonağı olan “Bella brendi isə məhsullarını təqdim edərək xanımlara hədiyyələr verib. Bundan sonra mütəxəssislər çıxış ediblər. Yoqa təlimçisi Səriyyə Həsənova xanımlarla nəfəs texnikası və meditasiya ilə məşğul olub.

Endokrinoloq-dietoloq Gülnar Qafarova isə tədbir iştirakçılarını sağlam qidalanma haqqında məlumatlandırıb, onların suallarını cavablandırdı.
Dermatoloq və gözəllik uzmanı Gülər Kamal dəriyə qulluq, üz dərisinə doğru qulluğun incəlikləri, yay fəslində dəri üçün lazımi baxımların sirlərindən danışıb.
Mama-Ginekoloq Vüsalə Səmədova Ginekoloji problemlər və onların həll yolları barəsində biliklərini bölüşüb.
Seminar xanımlar tərəfindən maraqla qarşılanıb. Bütün çıxışlardan sonra “Nəfis” kulinariyanın nəfis tortunu dadaraq çay süfrəsində söhbətə davam edilib. Tədbirin təşkilatçısı əsas mövzu kimi xanımların səhhəti, sağlam qadın, sağlam qadın-sağlam ana, sağlam ailə, sağlam uşaqlar, sağlam gələcək deyə başladıqları yolda onları tək qoymayan öz sahələrinin mütəxəssisi olan hər kəsə dərin təşəkkürünü bildirib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlkin araşdırma nəticələri gələn     həftə      açıqlanacaq
Mülki Məcəlləyə     dəyişiklik   edilir
Nohur gölündə batan kişinin    meyiti    tapıldı

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göyçayda evdə baş verən partlayış nəticəsində yaralanan      qadın     öldü