UEFA Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında ən sürətli futbolçuların adlarını açıqlayıb.
Oxu24.com xəbər verir ki, siyahıya 36,5 kilometr/saat sürətlə Fransa millisinin hücumçusu Kilian Mbappe başçılıq edir. İkinci sırada (36 kilometr/saat) İspaniya yığmasının forvardı Ferran Torres qərarlaşıb. İlk “üçlüy”ü isə Sloveniya komandasının üzvü Benjamin Şeşko (35,9 kilometr/saat) tamamlayıb.
Sloveniya millisi turnirlə vidalaşıb. İspaniya və Fransa yığmaları isə yarımfinalda üz-üzə gələcəklər.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.
Oxu24.com
ŞƏRHLƏR