Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
113961
az

İnternetdən asılı olan uşaqların beynində bu funksiya zəifləyir

22:3608 İyul, 2024
158
MANŞET
  • A

İnternetdən asılı olan gənclərin başında beynin aktiv təfəkkürlə əlaqəli hissəsində funksional əlaqələrin azaldığı müəyyən edilib.

OXU24.COM  bildirir ki, "Science Daily" jurnalı yazır ki, tədqiqatçılar 10-19 yaş arası yeniyetmələr üzərində funksional maqnit rezonans görüntüləmə (FMRİ) istifadə edən 12 məqaləni nəzərdən keçiriblər.

 

Asılılığı olmayan həmyaşıdları ilə müqayisədə internet asılılığı diaqnozu qoyulan gənclərin beyninin diqqət, planlaşdırma, qərar vermə və impuls idarəetmə bölgələrində eyni vaxtda istifadə edilməsi lazım olan fəaliyyətlərdə birlikdə işləmək qabiliyyətinin zəiflədiyi müşahidə edilib. Onların beyinlərindəki bu dəyişikliklərin yeniyetmələrdə asılılıq yaradan davranış və meyllərlə yanaşı, intellektual qabiliyyət, fiziki koordinasiya, psixi sağlamlıq və inkişafla bağlı davranış pozuqluqlarına səbəb ola biləcəyi müəyyən olunub.

Araşdırma qrupundan Maks Çanq yeniyetməliyin mühüm şəxsi və bioloji dəyişikliklərin meydana gəldiyi bir inkişaf mərhələsi olduğuna və bu dövrdə beynin internet asılılığı çağırışlarına qarşı həssas olduğuna diqqət çəkib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu tərəvəzdən bol-bol yeyin:İki dərddən AZAD OLACAQSINIZ
Bəkməzə 1 qaşıq qatın: Faydasını 30 qat artırır,sümükləri "beton" kimi, xolesterolu yox edir
Xəzərdə fırtına gözlənilir -XƏBƏRDARLIQ

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu